image-n1karobka_ads
image-123
image-697a5b74ae5ac93fa2667b05backend

Rubio: İran təhlükəsi realdır

image-add-a-heading

ABŞ İranın Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə qarşı mümkün hücum təhdidini real hesab edir.

Doğru.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, ABŞ qoşunları minlərlə İran dronu, eləcə də uzaq və qısa mənzilli ballistik raketlərin hədəfə çatma məsafəsindədir.

Rubio qeyd edib ki, hazırda Yaxın Şərqdə təxminən 40 minə yaxın Amerika əsgəri yerləşdirilib və onların təhlükəsizliyi ciddi nəzarət altındadır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp güclü Amerika ordusunun İrana doğru irəlilədiyini və Tehranın nüvə silahı ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə ABŞ-ın missiyaları yerinə yetirməyə hazır olduğunu bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki