image-n1karobka_ads
image-123
image-685fc4ebae5ac971c363f572backend

Rusiya Türkiyədə yeni atom elektrik stansiyasının tikintisində iştirak etməyə hazırdır

Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Türkiyədə yeni atom elektrik stansiyasının layihəsində iştirak etməyə hazır olduğunu açıqlayıb

“Rusiya bu layihənin həyata keçirilməsində iştirak etməkdən çox məmnun olacaq”, – o, Türkiyənin Anadolu xəbər agentliyinə deyib.

Novakın sözlərinə görə, hazırda yeni atom elektrik stansiyasının tikintisinin iqtisadi məqsədəuyğunluğunun qiymətləndirilməsi aparılır. Bu iş Türkiyə tərəfinin maraqlarına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşdırılması istiqamətində aparılır.

O, bir qədər əvvəl bildirmişdi ki, “Akkuyu” AES-in ilk enerji bloku bu ilin sonuna kimi istifadəyə verilməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki