image-n1karobka_ads
image-123
image-rian_6599595-hr-pic_32ratio_1200x800-1200x800-81129backend

Rusiya Xarici İşlər Nazirliyi BRİKS-in milli valyutalarla ticarəti inkişaf etdirmək niyyətini açıqlayıb

BRİKS-ə üzv ölkələr təşkilat çərçivəsində ticarətdə milli valyutaların payının artırılmasına xüsusi diqqət yetirmək niyyətindədirlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Diplomat 2024-cü il yanvarın 1-dən BRİKS-ə beş yeni dövlətin qoşulduğunu vurğulayıb. Söhbət Misir, Səudiyyə Ərəbistanı, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedir.

Eyni zamanda, Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, genişləndirilmiş BRİKS beynəlxalq münasibətlərin çoxqütblü sisteminin formalaşmasına töhfə verməyə hazırdır. Eyni şey ədalətli dünya nizamının qurulmasına da aiddir, deyə o, aydınlaşdırıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki