Rusiyanın xalq artisti, musiqiçi və bəstəkar Levon Oqanezov 84 yaşında dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, bu barədə sənətçinin rəsmi Facebook səhifəsində məlumat verilib. Bəyanatda qeyd olunur:
“Dərin kədər hissi ilə bildiririk ki, dünən, 13 dekabrda, xərçənglə uzun sürən mübarizədən sonra Leonti Sarkisoviç Oqanezov vəfat edib.”
Qeyd edilir ki, sənətçinin vida mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.
Xatırladaq ki, Oqanezov “Ağ tutuquşu klubu” və “Həyat gözəldir” verilişlərinin aparıcısı olub. Eyni gün rus rəssamı Gennadi Ustyuqov da vəfat edib; o, 88 yaşında idi.
DOĞRU.AZ




























