image-n1karobka_ads
image-123
image-17195498332482461098_1200x630backend

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb – FOTO

image-ad_qayo_720x110px

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaur Rəcəbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilən və çəkisi 35 kiloqram olan 53 ədəd çətənə kolu aşkarlanıb. Z.Rəcəbov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən müvafiq sənədləri olmayan 25 ədəd ov tüfəngi götürülüb.

DOĞRU.AZ

image-17195498332831211610_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki