Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti mayın 31-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Doğru.az-ın məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz isə 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm-ə yüksələcək, nisbi rütubət isə 40-50 faiz təşkil edəcək.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Şərq küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək.
Havanın temperaturu bölgələrdə gecə 16-21, gündüz 31-36 dərəcə, dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
DOĞRU.AZ