image-n1karobka_ads
image-123
image-hava-sicakliklari-getty-1649656backend

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

İyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 20-24°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 45-50% təşkil edəcək.

Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış, şimşək və dolu gözlənilir. Havanın temperaturu aran rayonlarında gündüz 33-38°, dağlarda isə 20-25° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki