Doğru.az xəbər verir ki, iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 21-26, gündüz 33-37 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-75, gündüz isə 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan, şimşək və dolu proqnozlaşdırılır. Həmçinin arabir duman gözlənilir. Külək əsasən mülayim şərq istiqamətində olacaq.
Rayonlarda temperatur gecə 22-26, gündüz 36-41 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
DOĞRU.AZ