Milli Hidrometeorologiya Xidməti mayın 17-nə olan hava proqnozunu açıqlayıb.
Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gecə 13-16°, gündüz 19-24° isti olacaq.
Bölgələrdə də əsasən yağmursuz hava proqnozlaşdırılır. Yalnız gecə və səhər bəzi dağlıq ərazilərdə yağış, şimşək və dolu müşahidə oluna bilər. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur düzənliklərdə gündüz 22-27°, dağlarda isə 10-15° isti olacaq.
Xankəndi və işğaldan azad olunmuş digər şəhərlərdə də hava əsasən yağmursuz keçəcək, gündüz temperatur 12-17° arasında dəyişəcək.
DOĞRU.AZ