image-n1karobka_ads
image-123
image-alntrtfsa6hwlvszuvdhrfukctpgykfbej6kmphebackend

Sabah hava əsasən yağmursuz olacaq

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidməti iyulun 11-nə hava proqnozunu açıqlayıb.

Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağması ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək çaxması gözlənilir. Temperatur gecə 20-25, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki