image-n1karobka_ads
image-123
image-baki-1backend

Sabah hava əsasən yağmursuz olacaq

image-ad_qayo_720x110px

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 28-nə olan hava proqnozunu açıqlayıb.

Doğru.az xəbər verir ki, sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.

Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 22-26°, gündüz 32-37° isti olacaq. Dəniz suyunun temperaturu 25-27° təşkil edəcək.

Bölgələrdə də əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, şimşək, dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə olunacaq.

Gündüz mülayim şərq küləyi əsəcək.

Temperatur:

Aran və Naxçıvan: gündüz 33-38°

Dağlıq ərazilər: gündüz 20-27°

Quba-Xaçmaz, Şəki-Zaqatala: gündüz 30-35°

Şərqi Zəngəzur və Qarabağ: bəzi yerlərdə 33-35°

Lənkəran-Astara: gündüz 30-35°, dağlarda 25-30°Hidrometeorologiya Xidməti vətəndaşlara günvurma təhlükəsinə qarşı ehtiyatlı olmağı tövsiyə edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki