Şamaxıda növbəti yeraltı təkanlar qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 16:04-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 4 kilometr olub. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Şamaxıda bu gün yerli vaxtla saat 16:02-də maqnitudası 3,7 olan zəlzələ qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 7 kilometr olub. Zəlzələ episentrdə 4 bal, Xızı və Şamaxı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss edilib.
DOĞRU.AZ