Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco və Fransanın TotalEnergies şirkəti yeni neft-kimya kompleksinin tikintisini əhatə edən 11 milyard dollarlıq müqavilə imzalayıb.
Bu barədə “Saudi Aramco”nun təşkilatın saytında dərc olunmuş bəyanatında deyilir.
Açıqlamada qeyd olunub ki, yeni kompleks Səudiyyə Ərəbistanının şərqindəki Cubail sənaye zonasında yerləşən mövcud SATORP neft emalı zavodunun strukturuna inteqrasiya olunacaq.
“Saudi Aramco” şirkətinin məlumatına görə, layihə qarışıq fazada termal krekinq apara bilən ən böyük zavodlardan biri olacaq. Planlaşdırılan istehsal həcmi ildə 1,65 milyon ton etilendir.
Mənbə: Bloomberg