image-n1karobka_ads
image-123
image-65e2d07b7cc4c65e2d07b7cc4d170936332365e2d07b7cc4965e2d07b7cc4abackend

Şəkidə həbsxanaya təhlükəli geyim keçirmək istədilər

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki