image-2000x150px
image-123
image-ads_atlas
image-416311869_934542140884485_1913771225252226855_nbackend

Senatdan ABŞ-nin köhnəlmiş nüvə silahları ilə bağlı həyəcan təbili

image-728x90px

“ABŞ-nin nüvə silahları təhlükəli dərəcədə köhnəlib”.

Bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker və senator Debra Fişer bəyan ediblər.

Onlar bildiriblər ki, ölkənin təhlükəsizliyi “Sentinel” qitələrarası ballistik raketinin maliyyələşdirilməsindən və vaxtında yerləşdirilməsindən asılıdır .

“ABŞ-nin nüvə arsenalının yenilənməsinə az maliyyə ayrılır və qrafikdən geri qalır. Konqres və Ağ Ev bu problemləri həll etmək və yeni problemlərin yaranmasının qarşısını almaq üçün cəld hərəkətə keçməlidirlər”, – deyə onlar xəbərdarlıq ediblər.

Qanunvericilər, xüsusilə, 60 illik “Minuteman III” qitələrarası ballistik raketlərinin (ICBM) əvəzlənməsinin zəruriliyini vurğulayıblar.

“Daha əvvəl Pentaqon proqramın büdcədən artıq olduğunu bildirmişdi. Biz uğursuzluqlarına görə administrasiyanı cavabdeh tutmalıyıq. Lakin onilliklər ərzində olan etinasızlığı aradan qaldırmaq üçün Konqresdəki həmkarlarımız da ABŞ-nin sənaye təhlükəsizliyini bərpa etməyi öhdələrinə götürməlidirlər”, – deyə qanunvericilər sözlərini yekunlaşdırıblar.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki