Milli Hidrometeorologiya Xidməti sentyabrın 1-də ölkə üzrə hava şəraitini açıqlayıb.
Doğru.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Dəniz suyunun temperaturu Şimal çimərliklərində 26-27°, Cənub çimərliklərində 27-28° isti təşkil edəcək.
Azərbaycanın digər rayonlarında da əsasən yağmursuz hava gözlənilir, dağlıq ərazilərdə gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Gecə temperaturu 12-23°, gündüz 20-38° arasında dəyişəcək.
DOĞRU.AZ