image-n1karobka_ads
image-123
image-17569763911706032102_1200x630backend

Sentyabrın 5-nə olan hava proqnozu açıqlanıb

image-ad_qayo_720x110px

Azərbaycanda sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, gündüz isə şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı ərazilərdə leysan xarakterli yağış və dolu müşahidə olunacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi üstünlük təşkil edəcək. Temperaturun gecə 18-23, gündüz 30-35, dağlarda isə gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki