Czechoslovak Group (CSG) şirkətinin rəhbəri və sahibi Mixal Strnad Çexiya və Şərqi Avropanın ən varlı adamı olub.
Bu məlumatı Çexiyanın iDNES nəşri Bloomberg Billionaires Index-in məlumatlarına istinadən verir.
Qeyd olunur ki, 32 yaşlı silah tədarükçünün kapitalı 17,1 milyard dollardır, o, son bir ildə sərvətini 7,9 milyard dollar artıra bilib.
“…Bu, Strnadı Şərqi Avropanın ən varlı adamı etdi”, – nəşr yazır.
Aprelin sonunda Çexiyanın Ukraynaya 400 min iriçaplı artilleriya mərmisi tədarük etdiyi bildirilir.
DOĞRU.AZ