image-2000x150px
image-123
image-ads_atlas
image-196284877_4305776819486856_7253483926526608652_nbackend

Siracla Məhərrəmin son şəklini çəkən fotoqraf danışdı

image-728x90px

“Azərtac” Xəbər Agentliyinin fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin özünün çəkdiyi son fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, fotoqraf şəklə “Hadisədən bir gün öncə təsadüfən çəkdiyim şəkil. Həmin Sirac, həmin Məhərrəm, həmin “KamAz”…” şərhini yazıb.

Şəklin tarixçəsi ilə maraqlanmaq üçün fotoqrafla əlaqə saxladıq.

R.Mehdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəkli Qubadlının kəndlərindən birində çəkib:

“Təsadüfən çəkilən şəkildir. Maşından təzə düşmüşdük. Fotodan da göründüyü kimi, maşının qapısı açıqdır. Onlar bir-biri ilə nəsə danışırdılar. Aralıda dayanmışdım, uzaqdan onların şəklini çəkdim.

Hər dəfə şəkillərini çəkəndə deyirdim, bizə qalan fotolar, videolar olacaq.

Bu şəkli çəkəndən sonra məni gördülər, gülümsədilər. Səhəri gün belə faciənin baş verəcəyini heç gözləmirdik”.

Qeyd edək ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki