İranın Dubay şəhərində ABŞ əsgərlərinin yerləşdiyi sığınacaqlara zərbələr endirdiyi bildirilir.
Doğru.az xəbər verir ki, bunu Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı sözçüsü İbrahim Zülfəqari açıqlayıb. IRIB məlumatına görə, “son saatlarda Dubayda Amerika əsgərlərinin olduğu iki sığınacaq aşkar edilərək İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik və Hərbi Dəniz Qüvvələri tərəfindən raketlər və yüksək dəqiqlikli dronlarla vurulub”.
Qeyd olunur ki, sığınacaqlardan birində ən azı 400, digərində isə 100-dən çox ABŞ hərbçisi yerləşdirilib və zərbələr nəticəsində Amerika ordusunun ağır itkilər verdiyi iddia edilir.
İİKK həmçinin Dubayda 21 Ukrayna vətəndaşının saxlanıldığı Ukraynanın pilotsuz təyyarə əleyhinə sistem anbarının məhv edildiyini bildirib.
Bundan əvvəl isə son bir həftə ərzində Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi bazasına endirilən zərbələr nəticəsində ən azı 29 amerikalı hərbçinin yaralandığı açıqlanmışdı.
DOĞRU.AZ


























