image-2000x150px
image-123
image-ads_atlas
image-2023-07-13t000000z_1019980326_mt1nurpho0004u2p3h_rtrmadp_3_nato-summit-in-vilnius-lithuania-pic_32ratio_900x600-900x600-91465backend

Şoyqu bildirib ki, Qərb NATO qüvvələrinin Asiyada görünməsinə haqq qazandırmağa çalışır

image-728x90px

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərbin “Avro-Atlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin bölünməzliyi” konsepsiyası NATO qüvvələrinin Asiyada yaranmasına haqq qazandırmaq məqsədi daşıyır.

RİA Novosti xəbər verir ki, bu barədə nazir Pekində Syanşan Forumunda çıxışı zamanı bildirib.

Şoyqunun sözlərinə görə, Avropada kəskin böhrana səbəb olan Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna bir neçə istiqamətdə yaymağa çalışır. Nazir qeyd edib ki, nüvə arsenalına malik olan dövlətlər arasında qarşıdurmada birbaşa iştirak strateji riskləri dəfələrlə artırır.

Şoyqu vurğulayıb ki, son vaxtlar NATO-nun hərbi potensialını Asiya-Sakit okean regionunda yerləşdirmək üçün fəal cəhdlər olub. Rusiyanın müdafiə naziri bildirib ki, Qərb tərəfindən qoyulmuş “Avro-Atlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin bölünməzliyi” konsepsiyası NATO qüvvələrinin və infrastrukturunun Asiyada görünməsinə haqq qazandırmaq məqsədi daşıyır.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki