Sputnik Moldovanın rəhbəri Vitali Denisov ölkədən deportasiya edilib və 10 il müddətinə Moldovaya giriş qadağan edilib.
“Moldova Miqrasiya Xidmətinin əməkdaşları Vitali Denisovu əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa icazə vermədən ilk reysdə deportasiya əmri ilə onu maşına mindirərək hava limanına aparıblar. Ona Moldovaya girişə 10 il qadağa qoyulması əmri verilib”, – məlumatda deyilir.
Hadisə ilə bağlı Rusiya səfiri Oleq Vasnetsovun məlumatlandırıldığı da ayrıca göstərilir.
Bundan əvvəl “Sputnik Litva”nın baş redaktoru Marat Kasem Latviyanı tərk edə bilib.
Mənbə: Haber Global