image-n1karobka_ads
image-123
image-1760869891390275768_1200x630backend

Tahir Salahovun adı “Sea Breeze Walk of Fame”də əbədiləşdirildi – FOTO

image-ad_qayo_720x110px

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun adını daşıyan ulduzun açılış mərasimi oktyabrın 18-də keçirilib.

Doğru.az-ın məlumatına görə, Tahir Salahov XX–XXI əsrlər realist rəssamlıqda “sərt üslub”un əsasını qoyan sənətkarlardan biri olub və beynəlxalq səviyyədə çoxsaylı mükafatlara layiq görülüb. Onun yaradıcılığında milli ənənələr müasir bədii baxışla üzvi şəkildə vəhdət təşkil edir.

Mərasimdə rəssamın qızı, heykəltəraş Aydan Salahova, nəvələri Dan Sultanov və Kayxan Salahov iştirak edib və atasının yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə rəssamın nadir videoarxiv materialları da nümayiş olunub.

Rəssamın yetirmələrindən biri – Əməkdar mədəniyyət xadimi Elçin Orucov çıxış edərək Salahovun unikallığını vurğulayıb: “O, insanın daxili nurunu hələ təzahür etməmişdən əvvəl kətana köçürürdü. Onun rəngli əsərləri sanki göz önündə canlanır”.

Doğru.az bildirir ki, “Sea Breeze Walk of Fame” Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə şöhrət xiyabanıdır və burada indiyədək 28 görkəmli şəxsiyyətin adı əbədiləşdirilib.

DOĞRU.AZ

image-17608698911372620652_1200x630image-17608698916303637585_1200x630 image-17608698912251930054_1200x630 image-17608698913386414832_1200x630 image-1760869891509637633_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki