Amerikalı jurnalist Taker Karlson ABŞ-ın Venesueladakı hərbi əməliyyatlarını Vaşinqtonun imperiya yoluna qədəm qoymasının açıq əlaməti kimi qiymətləndirib.
Doğru.az xəbər verir ki, Karlson bu fikirləri öz verilişində səsləndirib. O bildirib ki, ABŞ artıq “respublikanı tərk edərək imperiyaya doğru irəliləyir”. Jurnalistin sözlərinə görə, bu proses nəticəsində hakimiyyət qanunvericilik orqanının deyil, birbaşa “icraçıların” əlində cəmləşəcək.
“Konqres qaçılmaz olaraq iflasa uğrayacaq”, – deyə Karlson vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Venesuelanın daxili işlər naziri Diosdado Kabello ABŞ-ın ölkəyə hücumu nəticəsində 100 nəfərin həlak olduğunu açıqlamışdı.
DOĞRU.AZ




























