image-ads_n1karobka_mobile
image-nocomment_86321ff3a015385125031c56ce1c3ac1_fym6zhew13sbg24t895nbackend

TƏCİLİ! İsrailin Xəzər əməliyyatı ilə bağlı ŞOK: İran Rusiyadan GÖRÜN nə gətirirmiş – VİDEO

image-add-a-heading

İran müxalifət mənbələrinin verdiyi məlumata görə, İsrailin Xəzər dənizindəki Bəndər-Ənzəli limanına endirdiyi zərbə nəticəsində məhv edilən hərbi gəmilərdən biri hücumdan cəmi bir gün əvvəl Rusiyadan qayıdıbmış.

NOCOMMENT.az xəbər verir ki, həmin freqatın göyərtəsində Rusiyadan gətirilən pilotsuz uçuş aparatları (PUA) və radioelektron mübarizə sistemlərindən ibarət yükün olduğu bildirilir. Mənbələr qeyd edir ki, hərbi gəmi yükü boşaltmağa macal tapmadan hədəfə alınıb və sıradan çıxarılıb.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu bir qədər əvvəl verdiyi bəyanatda İranın Xəzər dənizindəki bütün donanmasının məhv edildiyini rəsmən elan etmişdi. Bu son məlumatlar isə bölgədəki hərbi infrastrukturun həm də xarici hərbi təchizat zənciri ilə bağlı olduğunu ortaya qoyur.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki