2026-2027-ci tədris ili üçün birinci sinfə elektron qeydiyyat prosesi ilə əlaqədar olaraq, vətəndaşlara mikrorayonlar üzrə məktəb ünvanları təqdim edilib.
Bu barədə “Doğru.az“-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib .
Qeyd olunur ki, I sinifdə elektron qeydiyyat üçün mikrorayonlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edilən yerə uyğun olaraq müəyyən edilir.
Vətəndaşlar daimi qeydiyyat ünvanlarının (yeni binalarda, Azərişıq ASC abunəçi kodunun onların adına qeydiyyatda olduğu yaşayış yerinin ünvanı) yerləşdirilmə siyahısında göstərilib-göstərilmədiyini yoxlamaq üçün müvafiq linkə daxil olmalıdırlar . Daimi qeydiyyat ünvanı (yeni binalarda, Azərişıq ASC abunəçi kodunun onların adına qeydiyyatda olduğu yaşayış yerinin ünvanı) yerləşdirilmə siyahısında göstərilməyən valideynlər müvafiq formanı doldurub 6 aprel tarixinə qədər ASAN xidmət mərkəzlərinin 5, 6 və 7 saylı təhsil xidmətləri şöbəsi ilə əlaqə saxlaya və ya təklif və iradlarını dislokasiya@baku.edu.gov.az ünvanına göndərə bilərlər .
Əlavə sualları olan vətəndaşlara Bakı Şəhər Təhsil İdarəsinin çağrı mərkəzi ilə (146-1) əlaqə saxlamaları tövsiyə olunur.
Qeyd olunur ki, 5, 6 və 7 nömrəli “ASAN xidmət” mərkəzləri ilə daimi qeydiyyat ünvanı yerləşdirilmə yerində olmayan və ya yerləşdirilmə yerində səhvlə göstərilən valideynlər, eləcə də daimi qeydiyyat ünvanı və müvafiq məktəb yerləşdirilmə yerində müəyyən edilmiş, lakin obyektiv səbəblərdən başqa məktəb seçməyə üstünlük verən valideynlər əlaqə saxlaya bilərlər.
DOGRU.AZ


























