image-n1karobka_ads
image-123
image-endirmebackend

Tesla Maskın yerinə yeni baş direktor axtarır

Teslanın direktorlar şurası İlon Maskın yerinə yeni baş direktor axtarışına başlayıb.

Bu barədə The Wall Street Journal yazır və qeyd edir ki, daha əvvəl mənfəətin və səhmlərin qiymətinin düşməsi ilə əlaqədar direktorlar şurasının üzvləri Maska şirkətdə işləməyə daha çox vaxt ayırmalı olduğunu deyiblər.

“Səhmlərin düşməsi və bəzi investorların İlon Maskın diqqətini Ağ Evə yönəltməsindən qıcıqlanması ilə Teslanın idarə heyəti Maskın varisini tapmaq barədə ciddi düşünür”, – nəşr bildirib.

Potensial menecerlərin axtarışı üçün artıq bir neçə şirkətlə əlaqə saxladıqları bildirilir.

Daha əvvəl bildirilmişdi ki, Musk, şirkəti Tesla-da mənfəətin azalması fonunda, gələn aydan etibarən Hökumətin Səmərəliliyi Departamentində (DOGE) iştirakını azaldacağını söylədi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki