ABŞ prezidenti Donald Tramp Amerikanın polad sənayesini gücləndirmək məqsədilə ABŞ-dan polad idxalına rüsumları 50%-ə qaldıracağını açıqlayıb.
“Biz 25% artım tətbiq etmək niyyətindəyik. Biz ABŞ-da polad tariflərini 25%-dən 50%-ə qaldırmağa hazırlaşırıq…” RİA Novosti siyasətçinin sözlərindən sitat gətirir.
Tramp bildirib ki, bu tədbirlər ABŞ-ın polad sənayesini “daha da gücləndirəcək”.
Məhkəmə əvvəllər Trampın Çinə qarşı rüsumlarla bağlı sərəncamlarını bloklayıb.
Daha sonra ABŞ-ın apelyasiya məhkəməsi ABŞ prezidentinin ticarət tariflərini bərpa edib.
DOĞRU.AZ