image-n1karobka_ads
image-123
image-6839acc8ae5ac97946261767backend

Tramp Çini ticarət razılaşmasını pozmaqda günahlandırır

ABŞ prezidenti Donald Tramp Çini ABŞ-ın yüksək tarifləri tətbiq edildikdən sonra Çinin çökməsinin qarşısını almaq üçün nəzərdə tutulan ticarət razılaşmasını pozmaqda ittiham edib.

“Çin, bəlkə də hamını təəccübləndirərək, bizimlə olan razılaşmasını tamamilə pozdu”, – Tramp özünün Truth Social səhifəsində yazıb.

Əvvəlki məhdudiyyətlər Çində kütləvi fabriklərin bağlanmasına və “vətəndaş iğtişaşlarına” səbəb olduğunu söylədi.

Tramp qeyd edib ki, bu razılaşma sayəsində Çində vəziyyət stabilləşib, Çin iqtisadiyyatı yenidən işə başlayıb və hamı sevinir, lakin indi Çin bunu pozub.

Məhkəmə əvvəllər Trampın Çinə qarşı rüsumlarla bağlı sərəncamlarını bloklayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki