ABŞ və Çin arasında ticarət sazişi hazırdır və iki ölkə liderləri səviyyəsində yekun təsdiqini gözləyir.
Bunu Amerika prezidenti Donald Tramp deyib.
“Çinlə sövdələşməmiz tamamlandı, yalnız prezident Si Tszinpinlə və mənimlə yekun razılıq qalır”, o, Truth Social sosial şəbəkəsində yazıb.
Bundan əvvəl “The New York Times” yazıb ki, Çinin nadir torpaq metalları ixracını bərpa etməsi üçün ABŞ prezident administrasiyası güzəştə getməlidir.
DOĞRU.AZ