image-ads_n1karobka_mobile
image-69f50b9b02e8bd333d5c1f37backend

Tramp: İranla danışıqlarda iki seçim var – razılaşma və ya “məhv”

ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı sərt açıqlama verib.

Doğru.az xəbər verir ki, Tramp tərəflər qarşısında yalnız iki variantın olduğunu bildirib: razılaşma və ya ağır nəticələr. O, çıxışında “Gəlib onları cəhənnəmə atmaq, əbədi olaraq məhv etmək istəyirikmi? Yoxsa razılaşmaq istəyirik? Seçimlər bunlardır” sözlərini səsləndirib.

Bununla yanaşı, ABŞ lideri İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olmadığını da qeyd edib. O, Vaşinqtonun Tehran ilə son təqdim olunan razılaşma təklifindən narazı qaldığını bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki