Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, hələ andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq üçün həll yolu tapacaq.
Ağ Evin keçmiş rəhbəri bu vədi Nyu-Yorkda Vladimir Zelenski ilə görüşü zamanı verib.
Tramp qeyd edib ki, onun həm Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri var.
Düşünürəm ki, qalib gəlsəm, prezident vəzifəsinə başlamazdan əvvəl də hər iki tərəfə uyğun həll yolu tapa biləcəyik.
Bundan əvvəl Amerikanın CNN telekanalı Zelenskinin Trampla görüş üçün ABŞ-da qalmağa qərar verdiyini bildirib.
Mənbə TASS