ABŞ-ın seçilmiş lideri Donald Trampın prezidentlik yarışında qələbəsindən sonra onunla əlaqəli fondlar 200 milyon dollardan çox ianə toplayıb.
“The New York Times”ın mənbələrə istinadən verdiyi məlumata görə , vəsait yanvarın 20-nə planlaşdırılan inauqurasiyaya, həmçinin siyasi təşəbbüslərin maliyyələşdirilməsinə və prezident kitabxanasının yaradılmasına sərf olunacaq.
Hazırda inauqurasiya fondunda artıq 150 milyon dollardan çox vəsait var ki, bu da 2017-ci ildə toplanmış məbləğdən, yəni 107 milyon dollardan çoxdur.
Açılış mərasimini dəstəkləyənlər arasında əczaçılıq nəhəngi Pfizer, Amazon texnologiya korporasiyası, ChatGPT tərtibatçısı OpenAI kimi şirkətlər, eləcə də müxtəlif kriptovalyuta firmaları olub.
Nəşrin yazdığına görə, 1 milyon dollardan çox ianələr inauqurasiya tədbirlərində xüsusi imtiyazlar, o cümlədən Trampla intim şam yeməyi etmək imkanı verir.
DOĞRU.AZ