ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın Amerikaya birləşdirilməsi planının həyata keçirilməsi NATO üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
“The Hill”in jurnalistləri bu qənaətə gəliblər.
“NATO üzvü Danimarkanın etirazlarına görə Trampın Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu olacaq”, – nəşr yazır.
Müəlliflər vurğulayırlar ki, bu onunla bağlıdır ki, onun aparıcı ölkəsi başqa dövlətin ərazi bütövlüyünə qəsd edərsə, heç bir alyans yaşaya bilməz.
Dekabr ayında Truth Social sosial şəbəkəsində Donald Tramp bildirib ki, Vaşinqton üçün Qrenlandiyaya sahib olmaq “mütləq zərurətdir”.
DOĞRU.AZ