image-n1karobka_ads
image-123
image-tika-bu-gwn-2backend

Türk dünyasının iqtisadi gələcəyi Bakıda müzakirə olunur – FOTO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil edilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı bu gün – mayın 16-da Bakıda öz işinə başlayıb.

Doğru.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) və Türk Dünyası İqtisadiyyat Fakültəsinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransın açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, TBMM-in 28-ci çağırış Samsun millət vəkili İlyas Topsakal, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TDAV sədri Közhan Yazğan, eləcə də Türk Dünyasından akademiklər və tələbələr iştirak ediblər.

Səfir Birol Akgün çıxışında elmi tədqiqatların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələri daha da gücləndirdiyini vurğulayıb:

“Səfirlik olaraq təhsil müəssisələrinin, akademiklərin və hazırda Azərbaycanda təhsil alan təxminən 5 min Türkiyəli tələbənin hər zaman yanında olmağa çalışırıq,” – deyə səfir bildirib.

İlyas Topsakal isə qeyd edib ki, Türk Dünyası İqtisadiyyat Fakültəsi hələ “Türk Dünyası” anlayışının elmi ədəbiyyata yeni daxil olduğu dövrdə təsis olunub və onun akademik fəaliyyətində xüsusi yer tutur:

“Tarixdə də, bu gün də Türk Dünyasının elmi baxımdan ağırlıq mərkəzi Bakı olub. Elmi fikirlər burada formalaşır, yayılır və Türk dünyasında bölüşülür,” – deyə o bildirib.

Konfrans çərçivəsində TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelikə dəstəyə görə təşəkkür plaketi təqdim olunub. Plaketi səfir professor, doktor Birol Akgün şəxsən təqdim edib.

Qeyd edək ki, konfrans mayın 17-də öz işini yekunlaşdıracaq.

DOĞRU.AZ

image-tika-bu-gunimage-tika-bu-gwn-3

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki