image-n1karobka_ads
image-123
image-shutterstock_2312095965-pic_32ratio_900x600-900x600-13315backend

Türkiyə İsrailə mal ixracına məhdudiyyətlər qoyub

image-ad_qayo_720x110px

Türkiyənin Ticarət Nazirliyi İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla əlaqədar aprelin 9-dan etibarən İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Bu barədə TASS məlumat yayıb.

Məhdudiyyətlər İsrail hərbçiləri Fələstin anklavını tərk edənə qədər qüvvədə qalacaq.

Ticarət Nazirliyi açıqlamasında bildirib ki, polad, alüminium, boyalar, elektrik kabelləri, aviasiya yanacağı, yağ, gübrə, bəzi növ sənaye avadanlıqları və digər məhsulların İsrailə idxalına qadağa qoyulub. .

2023-cü ilin oktyabrında İsrail və Fələstin radikal HƏMAS hərəkatı arasında münaqişə başlayandan bəri Türkiyə rəhbərliyi qruplaşmanın tərəfində olub və dəfələrlə İsrail rəhbərliyini Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki