image-n1karobka_ads
image-123
image-17653002956113128315_1200x630backend

Türkmənistanda uşaqlara yardım üzrə xeyriyyə fondunun Avaza filialı açılıb – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı keçirilib.

Doğru.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Fondun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Oğulcahan Atabayeva çıxışında Fondun irimiqyaslı və səmərəli fəaliyyətindən danışaraq, yüzlərlə çətin tibbi əməliyyatların həyata keçirildiyini və bir sıra tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunduğunu qeyd edib. O, həmçinin filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım, istirahət və reabilitasiya şəraitinin yaradıldığını vurğulayıb və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dəstək verəcəklərini bildirib.

Qeyd edək ki, Fond 2021-ci ildə yaradılıb və əsas məqsədi uşaqlara dəstək olmaq, onların sağlamlığını bərpa etmək və yaşayışı üçün münbit şərait yaratmaqdır. Bu günə qədər Fondun vəsaiti ilə Türkmənistan və digər ölkələrdə bir sıra humanitar layihələr həyata keçirilib, həmçinin Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fəlakətlərdən zərər çəkmiş uşaqlara yardımlar göndərilib.

DOĞRU.AZ

image-17653002951671662537_1200x630 image-1765300295809045253_1200x630 image-17653002953965317355_1200x630 image-1765300295143528477_1200x630 image-17653002951563530959_1200x630 image-17653002953963616546_1200x630 image-1765300295190223743_1200x630 image-17653002952342713826_1200x630 image-17653002956162565079_1200x630 image-1765300295123463627_1200x630 image-17653002951887916406_1200x630 image-17653002956545014492_1200x630 image-17653002953866444435_1200x630 image-17653002951555330822_1200x630 image-17653002951350615470_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki