image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6326499-hr-pic_32ratio_900x600-900x600-37364backend

Ukraynalı enerji treyderi Avropadakı mövqeyini möhkəmləndirməyi planlaşdırır

image-728x90px

Ukraynanın enerji şirkəti DTEK-in ticarət qolu Avropa ilə əlaqələrin gücləndirilməsi çərçivəsində yeni işçilər işə götürməyi və mayeləşdirilmiş təbii qaz (LNG) bazarına daxil olmağı planlaşdırır.

“D.Trading”in baş direktoru İvan Gelyuxun sözlərinə görə, ilin sonuna qədər şirkət elektrik enerjisi, qaz və yanacaq satışı ilə məşğul olan treyderlərin ştatını 12 nəfər genişləndirmək niyyətindədir. Hazırda Kiyevdən Amsterdama qədər dörd ofisdə 60-a yaxın işçi çalışır. Gələcəkdə LNG bölməsi də yaradılacaq.

“Bizim planımız Avropanın enerji təhlükəsizliyini təşviq etməkdir. Hazırda bizim Ukraynada böyük müştəri portfelimiz var, növbəti addım bütün regionda imkanları inkişaf etdirmək olacaq”, – Gelyux qeyd edib.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki