image-2000x150px
image-123
image-ads_atlas
image-38780_oe6jq889ldbackend

Üzərinə benzin tökülərək yandırılan qadın öldü

image-728x90px

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.

Doğru.az xəbər verir ki, bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərin birinin yaxınlığında qeydə alınıb. Rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyevin kafedə çalışan tanışı, Şəmkir rayon sakini T. Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R.Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin keçmiş müdiri Rasim Tağıyevin oğludur. Rasim Tağıyev hadisə vaxtı qadının özünün özünü yandırdığını iddia edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki