image-n1karobka_ads
image-123
image-681b3d6902e8bd4c792b0005backend

Veneraya çata bilməyən Sovet stansiyası mayın 9-10-da Yerə düşəcək

1972-ci ildə Veneraya çatmayan sovet planetlərarası “Kosmos-482” stansiyası mayın 9-10-da Yerə düşəcək.

Bu barədə Roskosmosun mətbuat xidmətinə istinadən xəbər verir.

“Aparatın diametri təqribən 1 m, kütləsi isə 500 kq-dan azdır ki, bu da “Soyuz” eniş aparatının kütləsindən demək olar ki, altı dəfə azdır”, – məlumatda deyilir.

Dövlət korporasiyası aydınlaşdırıb ki, “Kosmos-482”nin düşməsi nəticəsində dəyən ziyan ehtimalı olduqca aşağıdır.

Stansiya 1972-ci ildə Veneraya buraxılıb, lakin gücləndirici qurğunun anormal işləməsi səbəbindən cihaz planetlərarası trayektoriyaya daxil olmayıb və yüksək elliptik orbitdə qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki