Venesuela yaxın vaxtlarda bəzi neft quyularında hasilatı dayandırmaq məcburiyyətində qala bilər. Bloomberg agentliyi mənbələrə istinadən xəbər verir ki, buna səbəb ölkədə xammal üçün saxlama yerlərinin sürətlə tükənməsidir.
Doğru.az xəbər verir ki, məqalədə qeyd olunur ki, ölkənin əsas neft anbarları və terminallarında lövbər salmış tankerlər sürətlə dolur və təxminən 10 gün ərzində tam dolacaq. Mövcud vəziyyət dəyişməzsə, gündəlik təxminən 1 milyon barel neft hasil edən dövlətə məxsus PDVSA şirkəti bəzi quyuların fəaliyyətini dayandırmalı olacaq.
Bildirilir ki, böhranın əsas səbəbi ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalardır. Bu sanksiyalar nəticəsində bir sıra tanker ələ keçirilib, digər gəmilərin isə bloklanması planları gündəmə gəlib.
Xatırladaq ki, Ağ Evin rəhbəri bir müddət əvvəl ABŞ administrasiyasının Vaşinqtonun əlindən alınan Venesueladakı neft hüquqlarını geri almaq niyyətində olduğunu açıqlamışdı.
DOĞRU.AZ




























