Dekabrın 23-də Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılmışdı.
DOĞRU.AZ