Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli muğam ustadı, Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən açıqlamada mərhum sənətkarın uzun illər ərzində milli musiqi sənətimizin inkişafına göstərdiyi misilsiz xidmətlər xüsusi qeyd olunub.
Arif Babayev Azərbaycan muğam məktəbinin əsas simalarından biri, muğam sənətinin qoruyucusu və təbliğatçısı kimi tanınıb. Onun zəngin yaradıcılığı, unudulmaz ifaları, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr milli mədəniyyət tariximizin qızıl səhifələrində əbədi yer alacaq. O, təkcə ifaçı deyil, eyni zamanda gələcək nəslin yetişməsində böyük rol oynamış sənətkar kimi yadda qalacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.