image-2000x150px
image-123
image-ads_atlas
image-223525_50p2bfbt8ubackend

Xəstəxanaya yerləşdirilən Zöhrə Abdullayevanın səhhəti pisdir

image-728x90px

Əməkdar artist Zöhrə Abdullayevanın səhhəti pisləşib.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, müğənni hazırda xəstəxanadadır:

“Dilimdə dua, ürəyimdə bir yalvarış var Allaha. Bu dua da, o yalvarış da mənə anam qədər əziz olan o insan üçündür – Zöhrə xanım Abdullayeva. Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş sənətkarımızı səhhəti ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirmişdik. Onun sağlamlığı ilə bağlı problemin olduğunu bilirik. Amma Zöhrə xanımın həyat eşqi, qeyri-adi motivasiyası onu ayaqda saxlayırdı. Nə zaman soruşsan “narahat olmayın, heç nəyim yoxdur”, deyirdi. Zöhrə Abdullayevanı anam kimi sevirəm. Onun səhhəti də həmişə mənim diqqətimdə olub. Onun üçün əlimdən gələni etməyə hazır olmuşam və etmişəm. Zöhrə anam isə qürurludur çox. Heç vaxt kiməsə əziyyət vermək istəməyib. Bu dəqiqə isə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqələrdə onun üçün hamının dua etməsini istəyirəm. Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq dualara ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın”.

DOĞRU.AZ

 

image-223524_pfuazczo2e

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki