Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Doğru.az“-a Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DOĞRU.AZ