image-2000x150px
image-123
image-ads_atlas
image-baki-hava_-1backend

Yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb

image-728x90px

Ölkə ərazisində yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki