image-2000x150px
image-123
image-ads_atlas
image-havaaabackend

Yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

image-728x90px

Yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki