image-n1karobka_ads
image-123
image-screenshot_20241016_103711_chromebackend

Yaponiya 50 il əvvəl tikilmiş atom elektrik stansiyasının istismarına icazə verib

image-ad_qayo_720x110px
Yaponiya 1974-cü ilin noyabrında fəaliyyətə başlayan Takahama Atom Elektrik Stansiyasının birinci enerji blokunun istismarının davam etdirilməsini təsdiqləyib.

Kyodo agentliyinin məlumatına görə, bu, ölkədə ilk dəfədir ki, tənzimləyici orqan yaşı 50-dən çox olan enerji blokunun davamlı işləməsini təsdiqləyir.

Qeyd olunur ki, Nüvə Enerjisini Tənzimləyən Qurum bir sıra yoxlamalar aparıb və birinci enerji blokunun bütün təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.

İş icazəsi on il müddətinə verilir.

Takahama atom elektrik stansiyası Fukui prefekturasında yerləşir və Kansai Electric Power Company-ə məxsusdur.

Mənbə Kyodo Agentliyi

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki