RİA Novosti xəbər verir ki, Yaponiyada qızılın qiyməti rekord həddə çatıb.
Yaponiyanın ən böyük qiymətli metal ticarət şirkətlərindən biri olan Tanaka kikinzoku qızılın bir qramının qiymətini 9,876 yen (70,54 dollar) səviyyəsində müəyyən edib. Belə ki, qızılın qiyməti bu ilin aprel ayı ilə müqayisədə 330 yen (2,36 dollar) və ya 3,4% artıb.
Qızılın bahalaşmasına bir sıra Amerika və Avropa banklarının müflis olması səbəb olub. Hazırda artımın davam etməsi yenanın ucuzlaşması ilə bağlı ola bilər.
Mənbə: RİA Novosti