image-n1karobka_ads
image-123
image-6946c7ceae5ac91d422aac99backend

Yer kürəsində ən aşağı temperatur Yakutiyada qeydə alınıb

image-ad_qayo_720x110px

Son 24 saat ərzində Yer kürəsində ən aşağı temperatur Rusiyanın Saxa Respublikasında (Yakutiya) yerləşən Pokrovsk şəhərində qeydə alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi TASS agentliyinə məlumat verib.

Məlumata görə, Pokrovskda yerləşən meteoroloji stansiya -51,7°C şaxta qeydə alaraq qlobal göstəricilərdə ilk sırada yer alıb. İkinci yerdə Yakutiyanın Olenekski rayonundakı Suxana meteorologiya stansiyası qərarlaşıb — burada temperatur -49,4°C olub.

İlk üçlüyü Yakutların Krest-Xaldjay kəndi tamamlayır. Hidrometeorologiya Mərkəzinin məlumatına əsasən, həmin ərazidə temperatur -48,7°C-yə enib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının alimləri Ladoga gölünün əhəmiyyətli dərəcədə istiləşdiyini qeydə almışdılar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki